İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika da Çin mallarına rüsumları artırır

Meksika hakimiyyəti Çindən idxal edilən mallara rüsumları artırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb. Agentliyə görə, bu addım ABŞ prezidenti Donald Trampın tələbi ilə atılır.

Bildirilir ki, tariflərin artırılması Çindən gətirilən avtomobil, tekstil və plastik məmulatlara təsir edəcək. Digər Asiya ölkələrinə də daha yüksək rüsumların qoyulacağı gözlənilir. Tariflərin ölçüsü ilə bağlı yekun qərar hələ verilməyib.

Bloomberg yazır ki, Vaşinqtonun təzyiqi ucuz Çin mallarının ABŞ-a idxalının qarşısını almaq istəyi ilə izah olunur. Amerika administrasiyası bildirir ki, Çindən məhsullar əvvəlcə Meksikaya gətirilir, daha sonra oradan ABŞ-a yerli məhsul kimi ixrac olunur.

Agentlik xatırladır ki, Tramp administrasiyası uzun müddətdir ki, Meksika rəhbərliyindən öz məhsullarını yüksək Amerika rüsumlarından qorumaq üçün Çindən gələn mallara daha yüksək idxal rüsumları tətbiq etməyi xahiş edir. Fevralın sonunda ABŞ-ın ticarət naziri Hovard Lutnik bu məsələni Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla müzakirə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR