İnsanlara hürriyət, millətlərə istiqlal!

Evində yıxılaraq xəstəxanaya yerləşdirilən Əməkdar artistdən YENİ XƏBƏR - FOTO

Evində yıxılaraq, huşsuz vəziyyətdə xəstəxanaya aparılan Əməkdar artist Ağalar Bayramovdan xəbər var.

Musavat.com xəbər verir ki, aktyor artıq bir neçə gündür M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunur.

Bu haqda aparıcı Hacı Nuran Hüseynov bildirib.

Bayramov hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Fevralın 3-də ehtiyatsızlıq ucbatından yıxıldım. Başım divara dəydi, huşumu itirdim. Evdə də gəlindən başqa heç kim yox idi. Tez məni divana uzandırdılar, daha sonra isə xəstəxanaya çatdırdılar. İndi sistemlər vurulur, vəziyyətim yaxşılığa doğru gedir".

1676364124_htjtj.jpg (86 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR