İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu

Musavat.com xəbər verir ki, “Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlanıb.

Müraciətdə qeyd olunur ki, 2022-ci ilin sentyabrında həbs edilən jurnalist həbsdə olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə üzləşib. Bir gözündən əməliyyat olunsa da, digər gözündə ehtiyac yaranmasına baxmayaraq, həkimlər həbsxana şəraitində müdaxiləyə imkan verməyiblər.

Son müayinələr zamanı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Zeynallıya “metastatik yoğun bağırsaq xərçəngi (qara ciyərə yayılma ilə)” diaqnozu qoyulub. Bu isə xəstəliyin irəliləmiş və həyati təhlükə yaradan mərhələsi hesab olunur. Müraciətdə bildirilir ki, onun sağlamlıq vəziyyəti peşəkar müalicə tələb edir və bu proseslərin həbsxana şəraitində aparılması mümkün deyil.

Əvəz Zeynallının ictimai fəaliyyəti, ailə vəziyyəti və şəxsi keyfiyyətləri nəzərə alınaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və azadlığa buraxılması istənilib.

Müraciətin sonunda Prezidentə belə səslənilir:

“Cənab Prezident!
Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!
İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.
Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.”

Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb: 

Novella Cəfəroğlu – Hüququ müdafiəçisi
Səadət Bənənyarlı – Hüquq müdafiəçisi
Arzu Abdullayeva – Hüquq müdafiəçisi
Səidə Qocamanlı – Hüquq müdafiəçisi
Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi
Hilal Məmmədov – Hüquq müdafiəçisi
Fikrət Cəfərli – Hüququ müdafiəçisi
Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri
Mehman Əliyev – jurnalist
Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri
Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri
Sevil Nuriyeva – media nümayəndəsi
Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist
Elçin Zahiroğlu – jurnalist
İkram Rəhimov – jurnalist
Ceyhun Musayev – jurnalist
Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi
Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri
Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri
Zülfüqar Savaş – Savash.org saytının rəhbəri
Murad Köhnəqala – yazıçı, jurnalist
Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi
Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi
Kamran Həsənli – aparıcı jurnalist
Rüstəm Behrudi – Şair
Niyaz Niftiyev – Tarixçi, jurnalist
Elxan Şükürlü – jurnalist
Fadil Paşayev – Konkret az saytının rəhbəri
Bəhram İsmayıl – ABP sədri
Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri
Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri
Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri
İqbal Ağazadə – Ümid Partiyasının sədri
Qorxmaz İbrahimli – MHB rəhbəri
Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası
Səbirə Mahmudova – veteran jurnalist
Elçin Həsənzadə – Hüquq müdafiəçisi
İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR