Onlayn ictimai-siyasi qəzet
İstanbulun Beykoz rayonunda meşə yanğını baş verib
Musavat.com xəbər verir ki, İstanbulun Beykoz rayonunda, Çiğdem məhəlləsində yerləşən meşəlik ərazidə yanğın baş verib. Yanğının başvermə səbəbi hələlik dəqiqləşməsə də, əraziyə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə şahidlərinin çəkdiyi görüntülərdə havada yanan bir cismin meşəyə düşməsi əks olunub. Bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb və yanğının səbəbi kimi bu hadisənin ehtimal edildiyi bildirilib.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində alov nəzarət altına alınıb və yanğın tamamilə söndürülüb. Hazırda ərazidə soyutma işləri və araşdırmalar davam etdirilir.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ