Onlayn ictimai-siyasi qəzet
Talibanın rəsmi himnində Rusiya ilə bağlı qalmaqallı ifadənin yer aldığı üzə çıxıb.
Musavat.com xəbər verir ki, himnin sözlərində “ruslar üçün məzar” ifadəsi yer alır. Bu cür ifadənin mövcudluğuna baxmayaraq, Rusiya Taliban rejimi ilə rəsmi münasibətlər qurmağa davam edir.
Qeyd edək ki, Rusiya dünyada Talibanı ilk rəsmi tanıyan ölkələrdən biri olub və hazırda Əfqanıstanla iqtisadi və diplomatik əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır.
Məsələ Rusiya Dövlət Dumasında da müzakirəyə çıxarılıb. Deputatlar bildiriblər ki, Taliban hakimiyyəti Rusiya ilə münasibətlərə daha ciddi yanaşmalı və belə təxribat xarakterli mətnləri yenidən gözdən keçirməlidir.
Parlament üzvləri hesab edir ki, bu cür ifadələrin rəsmi himndə qalması iki ölkə arasında münasibətlərin dərinləşməsinə mane ola bilər.
Xatırladaq ki, Taliban 2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə gəlib və beynəlxalq aləmdə hələ də tam legitimlik qazanmayan bu rejim bir çox ölkələrin reaksiyasına səbəb olub. Rusiya isə bu prosesi fərqli qiymətləndirərək, Talibanla birbaşa təmaslar qurmaqda israrlıdır.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ