İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı ofisində axtarış aparıldıqdan sonra bunları dedi- VİDEO  

Xəbər verdiyimiz kimi "Xural" TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı bu gün günortadan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Eyni zamanda Baş Prokurorluğun əməkdaşları onun ofisində və evində istintaq axtarışları aparıblar.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə Əvəz Zeynallının ofisində aparılan axtarışdan sonra nələr deməsi ilə bağlı video yayılıb.
Videodan da görünür ki, Baş Prokurorluğun əməkdaşları onun maşınındadır. Birlikdə Ə. Zeynallının evində axtarış aparmağa gedirlər.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı mediaya deyib ki, hal - hazırda baş prokurorluq əməkdaşları onların evlərində axtarış aparırlar.

Qeyd edək ki, bu günlərdə Əvəz Zeynallının "Baku Steel Kompany"-nin rəhbəri, hazırda məhkəməsi gedən Rasim Məmmədovun ailəsindən rüşvət almaq şübhəsi doğuran səs yazısı internet resurslarında yayılıb. Jurnalist özü isə canlı efirdə bildirib ki, həmin səs yazısında söhbət geri qaytarılacaq hansısa pul məbləğindən yox, əlində olan ifşaedici sənədlərdən gedir.

Musavat.com yuxarıda bəhs etdiyimiz videonu təqdim edir:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR