İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvəz Zeynallı ilə bağlı ölkə Prezidentinə müraciət edildi

 


Bir qrup jurnalist, hüquq müdafiəçisi yazıçı və şair Əvəz Zeynallı ilə bağlı ölkə prezidentinə müraciət ediblər.

Musavat.com xəbər verir ki, onlar ölkə başçısından Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını, ən yaxşı halda isə həbsdən azad edilməsini xahiş ediblər.

Məlumat üçün bildirək ki, “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR