İnsanlara hürriyət, millətlərə istiqlal!

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu

UNEC ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasındakı imzalanan əməkdaşlıq memorandumu çərçivəsində nazirliyin 13 nəfər əməkdaşı üçün keçirilən “Liderlik” üzrə Mini-MBA sertifikat proqramı uğurla yekunlaşıb.

Bu barədə Musavat.com-a universitetdən məlumat verilib.

UNEC tərəfindən təşkil olunan 6 aylıq proqramda nazirliyin əməkdaşlarına liderlik və idarəetmə, komanda quruculuğu və təşkilati davranışın formalaşdırılması mexanizmi, maliyyə və insan resurslarının effektiv idarəetmə üsulları, eyni zamanda müasir dövrün tələbləri və rəqəmsallaşma ilə inteqrasiya olunan təşkilati mədəniyyətin qurulması ilə bağlı təlimlər keçirilib.

Proqram İsraildə “Soft Skills: Təlimçilərin təlimi” beynəlxalq proqramı üzrə kvalifikasiya sertifikatlarını qazanmış UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılıb.

Sertifikatların təqdimat olunması mərasimində iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, UNEC-in prorektoru dosent Fariz Əhmədov proqramın məzunlarını təbrik ediblər, onların əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm rol oynayacağından əminliklərini ifadərə edərək, məzunlara uğurlar arzulayıblar.

Çıxışlardan sonra nazirliyin əməkdaşlarına sertifikatlar təqdim olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR