İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazlar Fransanı bürüdü - VİDEO

Parisdə pensiya islahatına qarşı keçirilən aksiyada polis gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Musavat.com-un xarici agentliklərə itsinadən xəbərinə görə, etiraz yürüşünün son nöqtəsi olan Millət Meydanı yaxınlığında polislə genişmiqyaslı toqquşmalar baş verib.

Aksiya iştirakçıları polisə daş və butulka atıblar.

Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə edib. Həbs edilənlərin sayı hələlik məlum deyil.

Bundan başqa, kommunal təsərrüfat işçiləri də tətilə çıxıblar. Bu isə vəziyyəti daha da ağırlaşdırıb.

Parisdə 5000 tondan çox tullantı daşınmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR