İnsanlara hürriyət, millətlərə istiqlal!

Ətin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır?

Bir müddət öncə ətin qiyməti ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Onlardan biri də Qurban bayramından sonra mal və qoyun ətinin ucuzlaşmasıyla abğlı idi. Bəs hazırda vəziyyət necədir? Qiymətlərin ucuzlaşması gözlənilirmi?

Sözügedən məsələ barədə iqtisadiyyatçı Akif Nəsirli “Yeni Sabah”a açıqlama verib. Ekspert bu sahədə sabitlik olduğunu vurğulayıb:

“Hazırda ətin qiyməti Qurban bayramı günlərinə nisbətən ucuzlaşıb. Məsələn, bayramda qoyun ətinin kiloqramı 21-22 manat idisə, artıq 19-19,5 azn, mal əti isə 14-15 manata qədər düşüb. Bu məcrada ətin qiymətlərində sabitləşmə müşahidə olunur. Hesab edirəm ki, yay ayları olduğu üçün, həmçinin, qarşıdan Məhərrəm ayı gəlir deyə, ətin qiyməti sabit olaraq qalacaq”.

A.Nəsirli ciddi istilər yaşanarsa, bu halın ətlərin satış bazarına necə təsir edəcəyi barədə də danışıb:

“Havanın temperaturunun yüksəldiyi günlərdə, ciddi istilər olan dönəmdə ola bilsin ki, mal və qoyun ətinin topdan satış bazarlarında problem yaransın. Həmin vaxtlarda ət bir qədər də qıtlaşa və qısamüddətli qiymət artımı baş verə bilər. Dünya meteoroloqları qarşıda isti yay günlərinin olacağı haqda proqnozlar verirlər. Ətin qiyməti ilə bağlı qıtlaşma və bahalaşma ehtimalı da məhz həmin dövrə aiddir. Amma, əsasən, payıza qədər qiymət artımı gözlənilən deyil”.

İqtisadçı bahalaşmanın payız aylarına təsadüf edəcəyini deyib:

“Payız kənd təsərrüfatı mallarının mövsümüdür. Payızda havalar sərinləyəcək. Bu zaman yenidən bahalaşma gözləniləndir. Çünki ölkədə ət azdır, bu sahədə istehsal qıtlaşıb. Müsbətə doğru dönüş yoxdur ki, ətin istehsalında 10 faiz artım var deyək. Bu xəbəri ictimaiyyətə verə bilmirik. Hərçənd ki, artıq işğaldan azad edilən ərazilərdə heyvanların bəslənilməsinə məhdud şəkildə də olsa başlanılıb. Zənnimcə, bu yerlərdə heyvandarlıq kütləvi şəkildə inkişaf edərsə, Azərbaycanda ətin ucuzlaşması prosesi də başlayacaq. Hələlik isə bu haqda nə isə demək mümkün deyil. Çünki həmin ərazilərdə minalar tam təmizlənmədiyinə görə, kütləvi heyvandarlıqla məşğul olmaq alınmır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR