İnsanlara hürriyət, millətlərə istiqlal!

"Etibarsız" etibarnamə - Avtomobil satarkən diqqətli olun! - VİDEO

İsmayıllı sakini etibarnamə ilə maşın satdıqdan sonra problemlərlə üzləşib. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə edən bir şəxs avtomobilin əsl sahibinin adından saxta sənədlər düzəldib və həmin sənədlərlə vətəndaşları aldadıb.

1 illik etibarnamə ilə maşın satdı. Sonra dələduzluqla qarşılaşdı.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə İsmayıllı sakini Şanil Musatafayev çıxış edib. Onun sözlərinə görə avtomobilini Çingiz adlı şəxsə satıb. Həmin şəxs də bir müddət sonra nəqliyyat vasitəsini satmaq qərarına gəlib və bununla bağlı elan saytlarından birində məlumat paylaşıb. Problem də bundan sonra başlayıb.

Şanil Mustafayev iddia edir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəklini əldə edən şəxs onun adından istifadə edərək başqalarına qarşı dələduzluz etməyə başlayıb.

Şanil Musatafayev deyir ki, aldadılmış adamlar onun ünvanına gəlirlər.

Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, ərizəsi qəbul olunub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR