İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Məmmədov haqqında yayılan şayiələr barədə danışdı - EKSKLÜZİV

Milli Azadlıq Hərəkatının önəmli siması, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucu və fəxri lideri Etibar Məmmədov haqqında yayılan şayiələrə münasibət bildirib.

O, Musavat.com-a açıqlamasında insult keçirməsi ilə bağlı yayılan xəbəri təkzib edib.

Etibar Məmmədov bildirib ki, səhhətində heç bir problem yoxdur:

"Gördüyünüz və eşitdiyiniz kimi, sağ və salamatam. Səhhətimdə heç bir problem yoxdur. Bu şayiələri kimlər və niyə yayırlar, bilmirəm".

Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədovun səhhətində problem yaranması barədə məlumat yayılıb. Onun insult keçirdiyi qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR