İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Əliyev: “Sahibkarları lazımsız sənədlərin içində boğurlar”

Deputat Etibar Əliyev Milli Məclisdəki çıxışında bildirdi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqında” Azərbaycan Respublikası Qanunununda dəyişiklik edilməsi lazımdır. Mövzu ilə bağlı danışarkən deputat bu suallara aydınlıq gətirilməsinin zəruriliyindən bəhs etdi: “Artıq neçə ildir ki, biz bu müddətin uzadılmasına səs veririk. Ancaq dəyərləndirmə varmı? Effektivlik nə ilə ölçülür? Hansı indikatorlar var? Bu addımın sahibkarlığın inkişafına təsiri olubmu? Onların dövriyysəi artıbmı? Bunun dəyərləndirilməsi aparılmalıdır”.

E.Əliyev qeyd etdi ki, vergilər sahəsində yoxlamalar dayandırılıb: “Ancaq bizə müraciətlərdən və ciddi mətbuat orqanlarında rast gəlirik ki, sahibkarlar gömrük orqanından, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən narazıdırlar. Gömrük Komitəsi yenə də inhisarçılıqla məşğuldur. Sahibkarları lazımsız sənədlərin içində boğurlar. Milli Məclis elektron xidmətlərin rasionallaşdırılması məqsədilə qanunlara dəyişikliklərə səs verib. Azərbaycan Akkreditasiya Mərkəzindən sertifikatı olan şirkətlər incidilir. Onların əlini işdən soyudurlar. Düşünürəm ki, sahibkarlara dəstək olan vergi sahəsində aparılan yoxlamaların dayandırılmasına kölgə salınmamalıdır. Bu, “bir addım irəli, iki addım geri” olmamalıdır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR