İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyanın Baş naziri istefa verib

Estoniyanın Baş naziri Kaja Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb. “Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, - məlumatda deyilib.

Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaja Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR