İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya həbsxanalarını başqa ölkələrə kirayə vermək istəyir

Böyük Britaniya, İsveç və Niderland Estoniyanın həbsxanalarını icarəyə götürə bilərlər.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə Estoniyanın ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa-Li Pakosta çıxış edib:

“Həqiqətən də Böyük Britaniya həbsxanalarda kifayət qədər yer olmayan ölkələrdən biridir. Ondan başqaları da var, məsələn, İsveç və ya Niderlandda da həbsxanalarda yerlər məhduddur”.

ERR milli dövlət televiziya və radio portalına müsahibəsində ədliyyə naziri qeyd edib ki, Nazirlər Kabinetinə memorandum təklif edib ki, onun əsasında Estoniya boş həbsxana yerlərini belə yerlərin az olduğu ölkələrə icarəyə verə bilər. Ədliyyə Nazirliyinin hesablamalarına görə, Estoniya hər biri ayda 3,5 min avroya təqribən 250-300 yer icarəyə verə bilsə, o zaman ildə təxminən 30 milyon avro qazanacaq.

Pakosta qeyd edib ki, əcnəbi məhbuslara həbsxanalarda estoniyalılar xidmət göstərəcəklər: "Ola bilsin ki, biz Estoniyada daha çox iş yeri yaradaq. Söhbət 400-ə yaxın iş yerindən gedir. Bunlar yaxşı maaşlı iş yerləridir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR