Onlayn ictimai-siyasi qəzet
Əsəd rejiminin devrilməsindən sonra Suriyada valyuta satışının sərbəst hala gəlməsi ilə bağlı yeni bir vəziyyət müşahidə olunur. TRT xəbər verir ki, paytaxt Dəməşq və digər böyük şəhərlərdə valyuta dəyişmə əməliyyatları artıq mobil mübadiləçilər tərəfindən küçələrdə həyata keçirilir.
Bank və ya rəsmi valyuta mübadilə məntəqələrinə ehtiyac olmadan, insanlar küçələrdə mübadiləçilərə yaxınlaşaraq valyutalarını dəyişdirə bilirlər. Bu yeni vəziyyət iqtisadi böhran və tənzimləmə orqanlarının zəifliyindən irəli gəlir.
Məlumata görə, bu proses valyuta bazarında qeyri-rəsmi fəaliyyətlərin artmasına və iqtisadi nəzarətin itirilməsinə səbəb ola bilər. Suriyada maliyyə sektorundakı xaos və qeyri-müəyyənliklər fonunda bu cür fəaliyyətlər geniş yayılmağa davam edir.
Musavat.com
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ