İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd Əsədov vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əsəd Əsədov vəfat edib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, tanınmış kino xadimi bu gün 76 yaşında dünyasını dəyişib. Bu haqda Əməkdar artist Elnur Kərimov bildirib.

Qeyd edək ki, Ə.Əsədov 100-ə yaxın bədii və sənədli filmin, "Mozalan" satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur. "Yaramaz" filminə görə dövlət mükafatı (1991), "Ailə" filmindəki işinə görə "Ən yaxşı səs rejissoru" nominasiyasında "Qızıl Çıraq" mükafatına layiq görülüb. Mərhum uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR