İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Maskı ağır cəzalandırdı: “Tesla” alanların sayı kəskin azaldı...  

Çinin “BYD Co” şirkəti aprel ayında tarixində ilk dəfə olaraq Avropada elektrikli avtomobil satışında “Tesla”nı ötüb.

Musavat.com xəbər verir ki, məlumatı “Bloomberg” Jato Dynamics analitik şirkətinin statistikasına istinadən yayıb. Bildirilir ki, aprel ayında “BYD”nin Avropa İttifaqında satışları illik müqayisədə 2,7 dəfə artaraq 7 231 elektrik avtomobili təşkil edib. “Tesla”nın satışları isə 49 faiz azalaraq 7165 avtomobil olub.

Jato Dynamics analitiki Felipe Munoza görə, "iki marka arasında mütləq satış rəqəmlərindəki fərq kiçik ola bilər, lakin təsirləri əhəmiyyətlidir: “Bu, Avropa avtomobil bazarı üçün böyük dönüş nöqtəsidir".

Apreldə Avropada elektrik avtomobillərinin ümumi satışları 28 faiz artıb. Seqment lideri Almaniyanın “Volkswagen” şirkəti satışlarını 61 faiz, o cümlədən “Skoda” markası da daxil olmaqla, elektrik avtomobillərinin satışını 3 dəfədən çox artırıb.

Qeyd edək ki, “Tesla”nın sahibi İlon Mask ötən ilin payızından bəri Avropa ölkələrinin daxili siyasətinə müdaxilə edərək, müxtəlif siyasi qüvvələrə qarşı etikadankənar fikirlər səsləndirib. Bu, Avropada ona və onun şirkətinin məhsullarına qarşı ciddi antipatiya yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR