İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əsəblərimi cilovlaya bilmədim, mənə qarşı haqsızlıq edildi" - VİDEO

Sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı Baku TV-nin əməkdaşları sözügedən bağçada olublar.

Görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:

"Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə işdən çıxarıblar".

Son iki gündə bütün cəmiyyətin hərəkətini qınadığı, körpələrə zorakılıq tətbiq edən tərbiyəçi-müəllim də görüntülərin həqiqəti əks etdirdiyini deyib:

"Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi".

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı zorakı davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçasında müdirin səlahiyyətlərinə də xitam verilib.

***

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçanın müdiri və müəllimi işdən çıxarılıb. Buna səbəb həmin bağçadakı aqressiv davranışları olub.

Musavat.com-un məlumatına görə, bağçadanın qadın müdiri REAL TV-nin kamerasına tuş gəlib.

Həmin anın görüntülərini təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR