Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti Hindistandan miqrant işçiləri dəvət etmək üçün "Skill India" məlumat bazası ilə əlaqə yaratmaq istəyir.
Musavat.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib.
Onun sözlərinə görə, məlumat bazası vasitəsilə işəgötürənlər işçiləri seçə və onlarla müqavilə bağlaya biləcək.
Qeyd olunub ki, bu məlumat bazasından istifadə edərək Hindistan ildə təxminən 60 milyon əmək miqrantını xaricə göndərir.
Belə ki, ölkə hökuməti bazaya vətəndaşların peşə bacarıqları haqqında məlumatları daxil edir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ