Onlayn ictimai-siyasi qəzet
"Əgər Ermənistan KTMT-dən çıxıb Rusiya bazalarının Ermənistan ərazisindən çıxarılmasına nail olsa, burada de-fakto və de-yure Qərbi Azərbaycan olacaq".
Musavat.com xəbər verir ki, rusiyalı politoloq Dmitri Suslov deyib.
O qeyd edib ki, Rusiya Ermənistanla münasibətləri pozmaq istəmir, lakin ona Qərb üçün anti-Rusiya tramplini kimi baxmağa başlaya bilər: "Rusiya Federasiyası Ermənistanı Qərbin Rusiyaya qarşı tramplini kimi qəbul etməyə başlayan kimi, bunun nəticələri acınacaqlı olacaq. Amma Ermənistanın indiki siyasətinin davam etdirilməsinin nəticəsi başqalarının ona qarşı kütləvi şəkildə güc tətbiq etməsi olacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ