Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsinin perspektivi yoxdur, lakin ölkə üçün ciddi problemlər yarada bilər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli parlamentdə müvafiq qanun layihəsinin müzakirəsi zamanı “Ermənistan” müxalifət blokunun üzvü, daşnak siyasətçi Armen Rüstəmyan deyib.
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim edə bilməz.
“Ölkə Aİİ-nin üzvü və KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir. Bu isə ən azı imperativ şəkildə addım atmamağı və onu “ya-ya da” seçimindən üstün tutacaq proseslərə girməməyi tələb edir”, - deyə Rüstəmyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın eyni vaxtda bir-biri ilə uyğun gəlməyən strukturlara qoşula bilməyəcəyi göz qabağındadır.
Armen Rüstəmyan hesab edir ki, Ermənistanın Aİ-yə daxil olması ilə “təhlükəsizliyin qarantı” Avropa İttifaqı deyil, Türkiyə olacaq.
“Siz erməniləri Türkiyə və Rusiya arasında seçim qarşısında qoyacaqsınız”, - deyə Rüstəmyan yekunlaşdırıb.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ