Onlayn ictimai-siyasi qəzet
Musavat.com Ermənistanın Sünik bölgəsində hərbi xidmətdə olan əsgərin müəmmalı ölümü barədə xəbər vermişdi.
Xəbərdə bildirilirdi ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNB) nəzdindəki Sərhəd Qoşunlarının bir bölməsində xidmət edən müddətli hərbi qulluqçu A.A. odlu silahdan aldığı güllə yarası nəticəsində həyatını itirib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə 25 aprel 2025-ci il tarixində baş verib. İlkin versiyaya əsasən, əsgər özünə məxsus avtomat silahdan açılan atəş nəticəsində yaralanıb və aldığı xəsarətdən vəfat edib.
Yeni məlumat da budur ki, ölüm faktı ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən ehtiyatsızlıqdan intihara vadaretmə əlamətləri üzrə cinayət işi açılıb.
Hazırda hadisənin bütün şəraitinin araşdırılması üçün ilkin istintaq hərəkətləri aparılır.
Milli Təhlükəsizlik Xidmətinin yaydığı rəsmi məlumatda da əsgərin ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün araşdırmaların davam etdiyi bildirilir.
Hadisə Ermənistan ordusunda və sərhəd qoşunlarında son dövrlərdə artan qeyri-döyüş itkiləri dalğasının davamı kimi qiymətləndirilir.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ