İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın səhiyyə naziri dindirildi

COVID-19 pandemiyası zamanı mümkün sui-istifadə halları ilə bağlı Ermənistanın səhiyyə naziri Anahit Avanesyan dindirilib.

Bu barədə Anahit Avanesyan mətbuat konfransında bildirib.

“Məni dindirməyə dəvət etdilər”, - nazir qeyd edib.

O, ötən ilin sonlarında (noyabr-dekabr aylarında) dindirildiyi vurğulayıb.

"Armenpress"in xəbərinə görə, Ermənistanın korrupsiyaya qarşı mübarizə komitəsi COVID-19 pandemiyası zamanı sui-istifadə halları ilə bağlı cinayət işi açıb. 10-dan çox insan dindirilib. Komitədən bildirilib ki, 2020-2022-ci illərdə səhiyyə nazirinin müavini vəzifəsini tutan Gevorq Simonyan pandemiya ilə mübarizə üçün ayrılmış dövlət vəsaitinin bölüşdürülməsinə cavabdehlik daşıyıb və o, “Medline” klinikasının direktoru ilə yaxın münasibətləri olduğu üçün vəsaitin xərclənməsinə kifayət qədər nəzarət həyata keçirməyib. Nəticədə klinikanın direktoru Babken Şaumyan külli miqdarda vəsait mənimsəyib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR