Onlayn ictimai-siyasi qəzet
“Hazırda genişmiqyaslı hərbi əməliyyatların aparılması üçün bütün göstəricilər mövcuddur, Azərbaycan açıq-aşkar müharibəyə hazırlaşır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli qafqazşünas ekspert Karen İgityan iddia edir.
“Amma eyni zamanda nəzərə almalıyıq ki, bu nümayişkaranə hazırlıq müharibəyə real hazırlıq deyil, sadəcə qorxu, yəni müharibə təhlükəsi ola bilər. Amma təbii ki, Azərbaycanın faktiki olaraq müharibəyə hazırlaşdığını nəzərə almamağa haqqımız yoxdur”, - İgityan bildirib.
Onun sözlərinə görə, Ermənistan hökumətində yer alan şəxslər hakimiyyətə gəlməmişdən əvvəl də anti-Rusiya əhval-ruhiyyəsində olublar.
“Onlar iqtidara gəldikdən sonra dərhal bu istiqamətdə fəaliyyətə başladılar. Qərbyönümlü xətt, anti-Rusiya xətti yürüdürlər, bu həm də anti-erməni xəttidir. Yəni biz onların daxili erməni məsələlərində etdiklərindən - kilsəyə, orduya hücumdan danışmayacağıq. Amma anti-Rusiya hərəkətlərindən danışsaq, bu, onlar hakimiyyətə gələndən dərhal sonra baş verdi. Bura KTMT-nin hazırkı baş katibinin həbsi, Rusiya şirkətlərinə edilən basqınlar və Rusiya hakimiyyəti üçün ən zəhərli siyasi fiqur olan Aleksey Navalnının çıxışının canlı yayımla nümayişini misal olaraq göstərmək olar. İndi hakimiyyət deyir ki, Rusiya özü regionu tərk edir, əslində isə Ermənistanın de-fakto hakimiyyətinin Rusiyanı sıxışdırmağa çalışdığını görürük. Yəni onlar KTMT-də iştirakı de-fakto dayandırıblar, de-yure bu Təşkilatda qalıblar, Qərblə təmaslarını intensivləşdiriblər, hazırda amerikalılarla hərbi təlimlər keçirlər, KTMT-dən öz nümayəndələrini geri çağırıblar və s.”, - deyə erməni ekspert bildirib.
İgityan son dövrlərdə təmas xəttinə qoşunların toplanması məsələsinə də toxunub:
“Düşünmürəm ki, Qərb Bakını dayandırmağa başlasın. Sünikin tutulması, yəni Azərbaycan və Türkiyənin Sünik üzərində nəzarəti Qərbin planlarına uyğundur, çünki bununla İran təcrid olunacaq”.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ