Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı mülki müqavilə partiyasının idarə heyətinin rəhbəri vəzifəsində işləyərkən törətdiyi inzibati xəta ilə əlaqədar cərimələyib.
Musavat.com xəbər verir ki, bu barədə "Pastinfo" yazıb.
Bildirilir ki, 2022-ci ildə Suren Papikyan qanunun bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib. Papikyan 100 min dram (təxminən 260 dollar - red.) cərimə olunub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ