Onlayn ictimai-siyasi qəzet
Belçikanın müdafiə naziri Teo Franken ölkədə aparılan genişmiqyaslı “pilotsuz uçuş aparatları (dronlar) təhlükəsi” kampaniyası fonunda hökumətə dronlarla mübarizə üçün 500 milyon avroluq layihə təqdim edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə DH (Dernière Heure) qəzeti məlumat yayıb.
Qeyd olunur ki, sözügedən kütləvi informasiya kampaniyasını məhz nazir özü başlayıb.
Qəzet yazır ki, müdafiə naziri hökumətə dronlarla mübarizə üzrə 500 mln € həcmində plan təqdim edib. Layihənin birinci mərhələsi 50 mln € qiymətləndirilir və bu mərhələ çərçivəsində CUAS (Counter Unmanned Aircraft Systems) vasitələrinin təcili satın alınması nəzərdə tutulur — NATO terminologiyasına görə burada dronların aşkar edilməsi, izlənməsi, elektron qarşı tədbirlər, məhv edilməsi, eləcə də operatorların aşkarlanması və monitorinqi üçün bütün vasitələr daxildir. Həmçinin layihə diqqəti cəlb edən obyektlər yaxınlığında naməlum dronlar aşkarlanacağı halda ordunun və polisə vahid xəbərdarlıq protokolunun təcili tətbiqini nəzərdə tutur.
İkinci mərhələ ölkə üzrə dronların aşkar edilməsi sistemlərinin və bu operatorların yerinin müəyyən edilməsi üçün triangulyasiya sistemlərinin yerləşdirilməsini əhatə edir.
Qeyd olunur ki, Belçikada idarəetmə koalisiyası 2026-cı ilin büdcəsi barədə razılığa gələ bilmədiyi üçün hökumət böhranı yaranmaqdadır və nazirlər bir neçə aydır iqtisadiyyatın militarizasiyasına yönəlmiş proqramları işə salmaq üçün təxminən 10 mlrd € vəsaiti haradan tapmaq məsələsində çətinlik çəkirlər. Buna baxmayaraq, Frankenin anti-dron planının yüksək ehtimalla qəbul ediləcəyi bildirilir.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ