İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş naziri həbsdən buraxılır

Ermənistanın keçmiş təhsil naziri, Nikol Paşinyanın qatı müxalifi Armen Aşotyan yatdığı Nubaraşen cəzaçəkmə müəssisəsindən buraxılır. Yerli məhkəmə Aşotyanın həbs qətimkan tədbirinin həbsdən ev dustaqlığına dəyişdirilməsi barədə qərar çıxarıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Armen Aşotyanın vəkilləri Nubaraşen cəzaçəkmə müəssisəsinin qarşısına toplaşan jurnalistlərin binanın qarşısından getməsini istəyiblər.

Onların sözlərinə görə, islah işçiləri Aşotyanı öz avtomobilləri ilə evə aparacaqlar.

“Bu, qanunla nəzərdə tutulmayan prosedurdur, lakin bəzi hallarda bu, ənənəyə çevrilib”, - deyə Armen Aşotyanın vəkili Tiqran Atanesyan bildirib.

Vəkil Ruben Melikyan da sualın cavabının hər kəsə aydın olduğunu deyib.

“Armen Aşotyanın siyasi təqibi ictimaiyyətdə geniş əks-səda doğurub. Buna görə də çıxışda ona suallar veriləcək, cavablar alınacaq, bu isə hakim gücə sərf etmir”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR