İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş müdafiə naziri barəsində həbs qərarı qüvvədə saxlanılıb

İrəvan Cinayət Məhkəməsi hazırda ABŞ-da yaşayan və axtarışa verilmiş keçmiş müdafiə naziri Vigen Sarkisyanın qiyabi həbsi ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Musavat.com
bildirir ki, bu barədə respublikanın məhkəmə strukturlarının Telegram-kanalında məlumat verilib.

Sabiq nazirin müdafiəsi bundan əvvəl bu ilin fevralında geri götürülmüş həbs qərarından apellyasiya şikayəti vermişdi. Qeyd olunur ki, məhkəmə keçmiş nazirin müdafiə tərəfinin daha əvvəl verdiyi şikayəti təmin etməyib.

Xatırladaq ki, Ermənistanın Baş Prokurorluğu bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı ittiham irəli sürüldüyünü, həbs olunması ilə bağlı vəsatətin məhkəməyə təqdim edildiyini bildirmişdi.

Keçmiş müdafiə idarəsinin rəisi, 2016-2018-ci illərdə nazir postunu tutan, müstəntiqlərin fikrincə, hərbçilərə mənzillərin bölüşdürülməsində sui-istifadələrə yol verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR