İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verilib

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan barəsində axtarış elan edilib.

Musavat.com erməni mediasına isinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğundan məlumat yayılıb.

Vigen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bundan əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi sabiq nazirin həbsi ilə bağlı vəsatəti təmin edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 2018-ci ilin yanvarında müdafiə idarəsinin balansında olan binada mənzillərin bölüşdürülməsi prosesində Sərkisyan bilərəkdən onun səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “2016-18-ci illərdə V.Sərkisyan müdafiə naziri olarkən nazirliyin balansındakı İrəvanın Həsrətyan küçəsində yerləşən 25/6 saylı binada mənzilləri yaxın bildiyi adamlarına paylayıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR