İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş baş naziri: Azərbaycan ciddi strateji mövqelər əldə etdi

Sovet respublikaları arasında sərhədlər elə qurulmuşdu ki, bütün qonşu dövlətlər arasında ərazi mübahisələri yaranırdı. Bunun sayəsində, mərkəz prosesləri özünə uyğun şəkildə idarə edə bilirdi. Buna görə də sovet dövrünün sərhədlərini bərpa etmək müvəqqəti olaraq mövcud olan millətlərarası münaqişələrə töhfə vermək deməkdir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş baş naziri, revanşist mövqeyi ilə tanınan Xosrov Arutyunyan tərəfindən səslənib.

“Ermənistanın təslim etdiyi ərazilər Azərbaycan üçün yeni hərbi dayaq nöqtəsinə çevriləcək, Tavuş müdafiə xəttinin dağılması Meğrinin təslim olmasına gətirib çıxaracaq. Azərbaycanın siyasi lideri Ermənistanın regionda heç bir geosiyasi rol oynaya bilməməsi üçün Cənubi Qafqazda erməni geosiyasi amilini neytrallaşdırmaq vəzifəsini qarşıya qoyub”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR