Onlayn ictimai-siyasi qəzet
Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan onların qarşısına çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağına bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan jurnalistlərə bildirib ki, nazir Vahe Kazaryan “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyanla görüşməyə hazırdır.
"Nazir Qalstanyanla görüşməyə hazırdır", - deyə Sarkisyan bildirib.
Məlumata görə, Baqrat Qalstanyan polis rəisi Aram Hovhannisyanla əlaqə saxlayıb, o da nazirin müxalifət lideri ilə görüşməyə hazır olduğunu təsdiqləyib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ