İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistanın Bakıdan gələn humanitar yardımdan imtina etməsi tamamilə yolverilməzdir" - Britaniyalı politoloq

"Azərbaycanın Xankəndinə humanitar yardım göndərməsi, ermənilərin isə bu yardımı istəməməsi, onu gözlətməsi barədə xəbərdaram. Aydın məsələdir ki,
Ermənistan özünü qondarma “qurban” xalq kimi aparır və bu, standart erməni yanaşmasıdır".

Bu sözləri Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson Musavat.com-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Qızıl Aypara Cəmiyyətinin himayəsi ilə Ağdam-Xankəndi yolu ilə daşınan humanitar yardımdan imtina tamamilə yolverilməzdir:

"Bu, beynəlxalq mediaya Laçın-Xankəndi yolunda qondarma “blokada”nın olduğunu göstərmək və Azərbaycanın sülh sazişini imzalamağa məcbur etmək üçün mühasirə taktikası tətbiq etdiyini göstərmək cəhdidir. Əlbəttə ki, vəziyyət açıq şəkilfə belə deyil.

Beynəlxalq ictimaiyyət faktlarla həqiqəti araşdırmalı və Ermənistanın göstərdiyi maneçilikləri qətiyyətlə pisləməlidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR