İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın Azərbaycana hərbi müdaxilə edəcək poitensialı yoxdurr” - STM təmsilçisi

“Ararat Mirzoyan çox qeyri-peşəkar, diplomatik etiketlərdən uzaq olan adamdır. Paşinyan tərəfindən XİN rəhbəri təyin edilənə qədər bu adam Ermənistanda diplomatik mahiyyətli vəzifələrdə təmsil olunmayıb. Eyni zamanda Ermənistan parlamentinin rəhbərliyində təmsil olunarkən erməni xalqının təpikləri altında qalmışdı”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspert deyib ki, belə bir qeyri-ciddi və naşı adamın Azərbaycan əleyhinə təhdidlərinin heç bir əhəmiyyəti yoxdur: “Azərbaycan XİN Mirzoyana layiq olduğu cavabı artıqlaması ilə verib. Mirzoyan və Paşinyan bu gün xarici medianı və qlobal ictimaiyyəti aldatmağa çalışır. Ermənistanın Azərbaycanın təkliflərini və sülh üçün prinsipləri sabotaj etdiyi bəllidir. Azərbaycan delimitasiya və demarkasiyanın aparılmağı, sülhün əldə edilməyi, Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan konkret addımlar gözləyir. Vətən müharibəsindən bu qədər müddət keçsə də, hələ ki, Ermənistandan forpost kimi istifadə edən qüvvələr prosesi ləngitməklə məşğuldur”.

T.İsmayılovun qənaətincə, Laçın yolundakı sivil etirazları silahla hədələyən Mirzoyan həm də Rusiyanı şantaj edir: “Ermənistanın Azərbaycana hərbi müdaxilə edəcək poitensialı yoxdur, bunu havadarları da yaxşı bilir. Ermənistan belə mövqeyi münasibətləri gərginləşdirir. Ermənistan üçün son şans bu ildir. Əgər doğru yola gəlməsə hərbi əməliyyatlar qaçılmaz olacaq”.

Qeyd edək ki, A.Mirzoyan beynəlxalq təşkilatlardan birinin iclasında Laçın yolunun “açılması” üçün hərbi variantdan bəhs edib və rəsmi Bakı tərəfindən cərt şəkildə cavabı verilib.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR