Onlayn ictimai-siyasi qəzet
Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanilə sərhəddə açıq ərazidə Ermənistan tərəfindən yanğın törədilib.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ