İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan həyasız təklif: “Azərbaycan öz ərazisində hərbsizləşdirilmiş zona yaratsın”

“Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur. Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün Dağlıq Qarabağa müşahidə missiyası göndərmək təklifindən imtina edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Mən bu təklifi oktyabrın 6-da Praqada keçirilən görüşdə vermişəm. Dağlıq Qarabağda ermənilərin  müdafiə ordusu fəaliyyət göstərir. Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşdə mən Dağlıq Qarabağın hakimiyyət orqanlarının (Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qurulan oyuncaq , qondarma rejim-red.) Qarabağ ətrafında beynəlxalq təminatlarla demilitarizasiya zonasının yaradılması təklifini çatdırdım. Bunun nəticəsində Dağlıq Qarabağın müdafiə ordusuna ehtiyacı olmayacaq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, bu təklif hələ də qüvvədədir.

“Mən Ermənistanla Azərbaycan arasında sərhəd xəttində demilitarizasiya zonasının yaradılması təklifi ilə də çıxış etmişəm. Mən qoşunların iki ölkənin sərhədlərindən çıxarılmasını, sərhədin hər iki tərəfində üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif etdim. Bu təklif qüvvədə qalır. Dünən biz Azərbaycana bu təklifin yenilənmiş variantını göndərdik. Lakin Azərbaycan da öz qoşunlaırnı Ermənistan ərazilərindən çıxarmalıdır”, - deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR