Onlayn ictimai-siyasi qəzet
İrəvandakı “Rus Evi” son vaxtlar fəaliyyətini genişləndirməkdə, daha çox aktivlik göstərməkdədir.
Musavat.com erməni mediasına istinadən bildirir. Belə ki, “Rus Evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri qurub.
Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur. “Russian House tg” kanalı xəbər verir ki, tərəflər gənc mütəxəssislərin dəstəklənməsinə xüsusi diqqət yetirəcəklər.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ