İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı revanşistlər küçəyə çıxdı - Brüssel görüşü ərəfəsində aksiya təyin edildi

Parlamentdəki müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları Arabkir və Kentron inzibati rayonlarında aksiya keçirərək, aprelin 5-nə planlaşdırılan mitinqlə bağlı vətəndaşları məlumatlandırıblar.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.


Bildirilib ki, “Ermənistan və Qarabağ adına” şüarı altında aksiya Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 6-da Brüsselə gözlənilən səfəri ərəfəsində keçiriləcək. Müxalifət qrupları hesab edir ki, indiki hakimiyyət Ermənistanı və Qarabağı qoruya bilmir.
“Vətəndaşlarımıza xəbər veririk, bunu sabah və o biri gün də edəcəyik ki, aprelin 5-i saat 18:30-da təkcə tərəfdarlarımız deyil, bu müddət ərzində nə qədər təhlükəli vəziyyətə gəldiyimizi anlayanlar da olsun”“Hayastan” fraksiyasının lideri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan öz suverenliyini itirmək ərəfəsindədir və Qarabağda 44 günlük müharibədən sonra məğlubiyyət zəncirinin sonu görünmür. Ohanyan vurğulayıb ki, mitinq Qarabağın müdafiəsi üçün keçirilir. Onun iddiasına görə, onlar Qarabağı “müdafiə etməklə” Ermənistanı da müdafiə edir.

Bundan əvvəl məlum olub ki, aprelin 6-da Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək. Ermənistan hökumətinin başçısı bəyan edib ki, sülh danışıqlarının başlanması məsələlərini Azərbaycan prezidenti ilə razılaşdırmaq niyyətindədir. Ermənistandakı revanşistlər ənənəsinə sadiq qalaraq növbəti dəfə gərginliyi tətikləməyə çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR