İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yeni avantüra - "Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayaq"

Ermənistan parlamentinə Dağlıq Qarabağın Azərbaycan ərazisinin bir hissəsi kimi tanınmasının kriminallaşdırılması təşəbbüsünə baxılması üçün çağırış daxil olub.

Musavat.com TASS agentliyinə istinadla xəbər verir ki, müvafiq sənədi 58 mindən çox erməni imzalayıb və onu “Ayakve” (Ermənistan referendumu) təşəbbüsünün nümayəndələri deputatlara veriblər.

Qrupun rəhbəri Avetik Çalabyanın sözlərinə görə, mətndə Qarabağla bağlı çağırışdan əlavə, Osmanlı imperiyasının mövcud olduğu dövrdə “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasından imtina tələbi də var. TASS bildirir ki, imzaların həqiqiliyi artıq Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Ermənistan qanunlarına görə, indi deputatlardan növbəti iclaslardan birinin proqramına təşəbbüslər daxil etmək tələb olunur. Layihə rədd edilərsə, “Ayakve” təşəbbüs qrupu bu məsələni referenduma çıxarmağa cəhd edə bilər, lakin bunun üçün 300 min imza toplamaq lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR