Onlayn ictimai-siyasi qəzet
Son məlumatlara görə, Ermənistanda Qərbi Nil virusuna 20 yoluxma qeydə alınıb, bir nəfər ölüb.
Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəzin direktor müavini Sergey Çaxmaxçyan məlumatı təsdiqləyib. O xatırladıb ki, xəstəlik uzun müddətdir mövcuddur və Ermənistanda əvvəllər geniş yayılmırdı, lakin bu cür risklər qlobal istiləşmə səbəbindən yaranıb.
O əlavə edib ki, bu qızdırmanın daşıyıcıları Afrikadan (o cümlədən Ermənistan ərazisinə) mövsümi miqrasiyadan qayıdan quşlardır. Virus ağcaqanadlara quşlardan yayılır. Hansı növ ağcaqanadların xəstəliyin daşıyıcısı ola biləcəyi hələ tam aydın deyil.
Aydındır ki, qlobal istiləşmə səbəbindən heyvanların miqrasiya yollarında, o cümlədən potensial xəstəlik daşıyıcılarında dəyişikliklər baş verə bilər, lakin bu məsələ hələ ətraflı öyrənilməyib.//Report
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ