İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda yeni şou – Sərhədləri bağlı saxlayan 2 YALAN

Ermənistanda saxta “soyqırımı” mövzusu neçə gündür təzədən gündəmə çevrilib. Təbii ki, toplumda, onun siyasi kəsimində əsas təlaş bu tarixi yalanın arxa plana keçə biləcəyindən yanadır. Hətta yerli “Hraparak” nəşri yazıb ki, guya Nikol Paşinyan hökuməti “erməni soyqırımı”nı inkar etməyin bir addımlığındadır. Qəzetə görə, baş nazir bu yöndə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın siyasətini izləyir.

Sitata diqqət edək: “Soyqırımından (qondarma – red.) danışmamaqla onu inkar etmək arasındakı məsafə cəmi bir addımdır. Hazırda bunu Paşinyan edir. Danışmamağın isə memarı Ermənistanın ilk prezidenti idi. Onların fikrincə, türklərlə dialoq aparmaq, normal münasibətlər qurmaq üçün soyqırımı faktının (? – red.) başqa dövlətlər tərəfindən qəbul edilməsi siyasətini dəstəkləməkdən əl çəkmək lazımdır”...

Andranik Köçəryan: “Azərbaycanın narahatlığı tamamilə təbiidir” | KONKRET

Ölkənin hakim partiyasından olan deputat, parlament komitəsinin sədri Andranik Köçəryan isə bu ilin aprelində oxşar açıqlama ilə gündəmə gəlmişdi. Bildirmişdi ki, N.Paşinyan Osmanlı İmperiyasından deportasiya zamanı 1.5 milyon erməninin öldüyünə inanmır. Köçəryana görə, Paşinyanın “soyqırımı” ilə bağlı real əsaslar qurmaq və daha obyektiv siyahı hazırlamaq məqsədi var. “Əgər 1.5 erməni qırğına məruz qalıbsa, onda arxivlərdən bu milyon yarımın ad və soyadını tapmalıyıq” söyləmişdi.

Amma apreldən keçən 7 ayda rəsmi İrəvan bu yöndə praktik heç bir adım atmayıb. Yalnız quru sözlər. Hərçənd Türkiyə illərdir Ermənistana tarixi arxivlərdə birgə işləməyi təklif edir. İrəvan isə imtina edir. Ona görə ki, böyük yalan faş ola bilər...

Mirzəyan Ermənistan parlamentinin sədri seçildi

Oktyabrın 31-də isə xarici işlər naziri Ararat Mirzəyan məsələ barədə danışarkən belə deyib: “Bu, bizim bir nömrəli prioritetimiz deyil. Tarixin faciəvi səhifələrini, erməni soyqırımını (uydurma – red.) öyrənmək və ya bunu bir nömrəli prioritet etmək, əlbəttə, XİN-in gündəliyində yoxdur”.

Bakı ilə gərgin danışıqlar gedir, ancaq... - Ovannisyan

Eyni fikri bu gün xarici işlər nazirinin müavini Paruyr Ovannisyan təkrarlayıb. Sitat: “Söhbət prioritetlərdən gedir, amma digər yandan biz bir sıra addımlar atırıq, məsələn, soyqırımının qarşısının alınması baxımından”...

Yuxarıdakı sitatlardan da göründüyü kimi, söhbət gerçəkdən prioritetlərdən (konkret məqamda həlli daha vacib məsələlərdən) gedir. Qısası, eyforiyaya qapılmağa dəyməz. Çünki erməni tərəfi demir ki, “səhv etmişik, tarixdə soyqırımı olmayıb”, bildirir ki, məsələ bizdən ötrü hələlik önəmli deyil. Hələlik!

Yəni gələcəkdə təzədən gündəmə qayıda, önə çıxa bilər. Nə vaxt? Yəqin ki, Türkiyə ilə əlaqələr normallaşandan, sərhədlər açılandan və kapitulyant ölkə özünə gəlib toparlanandan sonra. Ola bilsin o halda qardaş ölkə sərhədləri təzədən bağlasın. Amma dəqiq olan budur ki, Ermənistan Azərbaycanla anlaşmayınca Türkiyənin sərhədləri açacağı istisnadır.

Türkiyə-Ermənistan sərhədləri açıla bilər — BİR ŞƏRTLƏ

Bu, Ankaranın rəsmi mövqeyidir və dəflərlə ən yüksək səviyyədə səslənib. Qardaş ölkədə hakimiyyət dəyişsə belə, bu yanaşma, siyasət dəyişməyəcək. Çünki bu, “bir millət – iki dövlətin” iqtidarlarından asılı olmayan strateji yanaşma. Bu strategiyanın qayəsi budur ki, İrəvan tərəfdən “soyqırımı” yalanını etirafı belə, ikitərəfli əlaqələrin bərpası üçün yetərli sayılmayacaq. Vacibdir ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı konstitusion ərazi iddialarından da həmişəlik imtina eləsin. Buna isə İrəvan tələsmir...

Yeri gəlmişkən, eyni gündə verdiyi başqa bir açıqlamada A.Mirzəyan konstitusiyadan ərazi iddialarının çıxarılması ilə bağlı Bakının tələbini rədd eləmişdi. Guya Ermənistan Konstitusiyası sərhədlərin delimitasiyası ilə bağlı əsasnaməni təsdiqləməklə Azərbaycanın narahatlığına son qoyub. Növbəti böyük yalan. Halbuki həm mifik soyqırımından, həm də torpaq iddialarından imtinanı elementar qonşuluq prinsipləri tələb edir.

Kardeş ülke harekete geçti: Düşmanın saldırılarını önlemek için operasyon  başlattık

Nə zaman qonşuluq möhkəm və uzunömürlü olur? Əlbəttə ki, arada səmimilik, etimad olanda. Qonşu qonşuya qarşı ədalətli, adil davrananda. Yəni özünə istədiyini qonşuya da istəyəndə. Ermənilər bunu bacararmı?

Sual budur. Yerdə qalanlar, o sırada “11 atıq razılaşdırılıb” kimi bəyanatlar ikinci, üçüncü dərəcəli məsələlərdir. Razılaşdırılmamış qalan birinci və ikinci məsələ isə çoxdan məlum...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR