Onlayn ictimai-siyasi qəzet
Rusiyanın özbək əsilli oliqarxı Əlişir Usmanova qarşı Almaniyada qaldırılan iş dayandırılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Usmanov bunun müqabilində 4 milyon avro ödəyəcəyini vəd edib.
Bunun 1,5 milyon avrosu bir neçə qeyri-kommersiya təşkilatına, 2,5 milyon avro isə Almaniya dövlət xəzinəsinə göndəriləcək.
Qeyd edək ki, təhqiqat Almaniya Cinayət Prosessual Məcəlləsinin 153 a bəndinə əsasən bağlanıb və bu, təqsir kiçik hesab edildikdə və işdə ictimai maraq yoxdursa, prokurorlara cinayət təqibindən çəkinməyə imkan verir.
Dünən məlum olub ki, Frankfurt-Mayn Baş Prokurorluğu Usmanova qarşı istintaqı dayandırıb. Oliqarxın vəkilləri Uve Lembruk və Dr. Markus Qotzens bu qərarın doğru olduğunu bildiriblər.
Əlişir Usmanov Aİ, Böyük Britaniya, ABŞ və digər ölkələrin sanksiyaları altındadır. 2022-ci ilin avqustunda Almaniyada Usmanovun onlarla rəsm tablosuna əl qoyulub. Axtarışlar Usmanovun “Dilbər” superyaxtasında və villalarında, həmçinin “Bavariya” futbol klubunun qərargahında aparılıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ