Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyanın yerli jurnalistlərdən birini təhqir etdiyi iddiaları yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Kristina Vardanyan məlumat yayıb.
Onun sözlərinə görə, Alen Simonyanla “MediaHub” jurnalisti Vahe Makaryan arasında ciddi insident baş verib.
“Hadisə baş verən gün deputatlardan birinin otağında idik, səslər eşidilirdi. Onu da nəzərə almalıyıq ki, Alen Simonyan vətəndaşın üstünə tüpürüb, yəni belə aşağı səviyyəyə batmış adamla iş görürük” - deyə Vardanyan bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ