İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçkilər: Namizəd OĞURLANDI

Ermənistanda martın 30-da Gümrü və Parakar icmalarında ağsaqqallar şuralarına növbədənkənar seçkilər keçirilir. Mülki geyimli naməlum şəxslər "Bizim Şəhər" blokundan Ağsaqqallar Şurasına namizəd olan Anait Xalatyanı oğurlayıblar.

Musavat.com “News.am”a istinadən xəbər verir ki, bu barədə “Bizim Şəhər” bloku məlumat yayıb.

“Şahidlərin sözlərinə görə, onun yanında daha bir qadın olub. Hazırda heç bir məlumatımız yoxdur. Hüquq-mühafizə orqanları ilə əlaqə saxlayırıq”, – deyə açıqlamada qeyd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR