İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda sakinlər yolu bağladı - İLGİNC SƏBƏB

Hazırda Ermənistan ərazisində növbəti etiraz aksiyası keçirilir.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bu dəfə İrəvanın yeni salınmış Vozrajdenie rayonunun sakinləri ayağa qalxıb.

Onlar rayona yaxın yollarda piyada keçidlərinin salınmasını tələb edərək Qarabağda cinayətlər törətdiyinə görə ordumuz tərəfindən məhv edilmiş Monte Melkonyan adına küçəni bağlayıblar.

Sakinlərin sözlərinə görə, artıq ərazidə məskunlaşsalar da, bitişik küçələrdə piyada keçidi yoxdur.

Bununla yanaşı, şəhər rəhbərliyi problemin həlli vaxtı ilə bağlı suala dəqiq cavab vermir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR