Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan təcili yardım maşınında məhkəməyə gətirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, qapalı girişdən iclas otağına aparılıb.
Məhkəmənin özü bağlı qapılar arxasında keçirilib - Xaçatryanın vəkili Erem Sarkisyan məhkəmənin bu rejimdə keçirilməsi üçün vəsatət qaldırıb.
Vəkilin sözlərinə görə, Xaçatryan belə sağlamlıq vəziyyətində kameralar önündə olmaq istəmir.
Qaqik Xaçatryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət almaq, çirkli pulların yuyulmasına köməklik etmək kimi cinayətlərdə ittiham olunur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ