İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda rusları hindular əvəz edir- ŞOK MƏLUMAT

Ermənistan və Rusiya arasında son siyasi gərginlik fonunda Ermənistana nisbətən daha az Rusiya vətəndaşı gəlməyə başlayıb. 

 Musavat.com xəbər verir ki,  bu barədə məlumat  Ermənistanın “168.zham” nəşrində dərc olunan məqalədə deyilir.

“Aydındır ki, Ermənistanda son illərdə qeydə alınan yüksək iqtisadi artımda Rusiya vətəndaşlarının aktiv axını mühüm rol oynayıb. Xüsusilə nəzərə alsaq ki, bura gələnlərin əhəmiyyətli bir hissəsi işgüzar məqsədlər üçün idi. Çoxlu sayda turist səfərləri də oldu ki, bu da ciddi pul və iqtisadi aktivlik gətirdi. Amma tədricən bu axınlar seyrəlməyə başladı. Rəsmi məlumatlara görə, bu il Rusiya vətəndaşlarının Ermənistana girişi kifayət qədər sürətli templə azalıb. Bunun səbəblərini anlamaq, əlbəttə ki, çətin deyil. Problem təkcə Ermənistanla Rusiya arasında son gərginlikdə deyil, həm də Ermənistanda bu axınları düzgün idarə etmək, onlara xidmət göstərmək və uzunmüddətli hədəflərə yönəltmək üçün əlverişli şəraitin yaradılmamasıdır. Əksinə, çoxlu maneələr yaradıldı.

Bu il Rusiyadan Ermənistana nəinki vətəndaşların gəlişi azalıb, hətta getməsi də artıb. Başqa sözlə, gələndən çox adam getdi. İlin əvvəlində Ermənistandan xaricə insan axını 8 minə yaxındır. Ölkəyə axın baxımından isə Hindistandan gələnlər daha çoxdur”.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR