İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Rusiyaya və KTMT-yə qarşı aksiya

Ermənistanın Gümrü şəhərində də Rusiyaya və KTMT-yə qarşı aksiya keçirilib.

Musavat.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, aksiya iştirakçıları ölkənin KTMT-dən çıxmasını tələb ediblər və Rusiyaya qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, Ermənistan hakimiyyəti siyasi istiqaməti ciddi şəkildə dəyişərək, Rusiyanın orbitindən çıxmaq kursu götürüb. Bunun üçünsə Rusiyaya qarşı ictimai narazılığı körükləyir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR