Onlayn ictimai-siyasi qəzet
Ermənistanda respondentlərin 46,6 faizinə görə, rəsmi İrəvan Qarabağda bir vaxtlar mövcud olmuş qondarma və oyuncaq qurumun "müstəqilliyi" uğrunda yenidən mübarizə aparmalı, bundan sonra Qarabağ erməniləri öz evlərinə qayıtmalıdır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu "Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin apardığı sorğunun nəticələri göstərib.
Sorğuda iştirak edənlərin 40 faizinə görə, Ermənistan Qarabağdan gedən erməniləri inteqrasiya etmək, onlara sosial və hüquqi dəstək vermək üçün hər şeyi etməlidir. Respondentlərin yalnız 9,2 faizi Qarabağ ermənilərinin Azərbaycanın nəzarətində olan bölgəyə qayıtmasına tərəfdar olduğunu ifadə edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ