Onlayn ictimai-siyasi qəzet
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan, Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri David Ananyan və məşhur prodüser Ruben Mxitaryan tezliklə yeni partiya quracaqlar.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, üç aydan artıqdır ki, üçlük Ermənistanın bununla keçmiş hakimiyyətdə təmsil olunan texnokratlarla müzakirə aparır. Hətta partiyanın proqramı hazır olduğu bildirilir.
Onlardan ən azı ikisinin keçmiş prezident Serj Sarkisyanın kürəkəni, barəsində yeni cinayət təqibi başlanan Mikael Minasyanla bağlı olduğu bildirilir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ